0 views

11.04.2024-13.04.2024-cü...

11.04.2024-13.04.2024-cü il tarixlərində Gəncə şəhərində Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzin Təbliğat-Təşviqat qrupu Bərdə rayonununda, Xankəndidə ,Xocalı N nömrəli hərbi hissələrdə tədbirlər keçirilib.
Tədbirlərin məqsədi əsgərlərdə tarix elminə marağı artırmaq, onların bilik və bacarıq səviyyəsinin yüksəldilməsi,vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində Gəncə Qarnizonunu İdeoloji və Mədəniyyət Mərkəzi , Müdafiə Nazirliyin şəxsi heyəti baş idarəsinin kadrlar idarəsinin insan resursların idarə edilməsi şöbəsinin müdiri Rəsulov Möhübbət və Bakı Dövlət Universitetin Azərbaycan tarixi kafedrasının dosenti Əziz Boran Orduxan oğlunun iştirakı ilə silsilə tədbirlər təşkil edilib.Tədbirlər zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diplomatik fəaliyyətinin tarixi əhəmiyyəti barədə ətraflı məlumat verilib,Azərbaycan tarixinin XIX-XX əsrin əvvəli dövründən , Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycanda ikinci respublikanın qurulması, müstəqil Azərbaycan Respublikasının yaranması , Azərbaycan dövlətçilik və hərb tarixi mövzularda söhbət aparılıb. Sonra hərbi qulluqçular tərəfindən mövzu ilə bağlı maraqlandıran suallar cavablandırılıb . Tədbirlər çərçivəsində "Əsgərə məktub” layihəsində yazılan məktublar əsgərlərimizə çatdırılıb.Tədbirlərin sonunda xatirə şəkillər çəkdirilib.
21 images